“QARANQUŞ” uroloji sanatoriyası

“Qaranquş” uroloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində istirahətdən zövq almaq imkanı təqdim edir. İqlimi mülayim qurudur, yayda havası isti-quru, qışda mülayim olur, bu da uroloji xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edir.

İstirahətçilərin ilin 5-6 ayı ərzində Xəzər dənizində çimmək imkanı olur. “Qaranquş” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi palçıqla və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur və Qala-Altı mineral su qalereyası da xəstələrə xidmət göstərir(Naftusiya tipli)

Müalicə

“Qalaaltı” müalicəvi suyu unikal təbii orqanik maddələr kompleksinə malik olaraq, dünya üzrə bir çox uroloq həkimlər tərəfindən tanınan yeganə müalicəvi mineral su kimi məşhurdur.

Sanatoriya müasir diaqnostik və müalicə aparaturası ilə təchiz edilmiş komfortlu müalicə şöbəsinə malikdir. Burada çalışan yüksəkixtisaslı mütəxəssis kurortoloqlar isə sizin uğurla müalicə olunmağınızı təmin edəcəkdir.

Sanatoriya növbəti imkanlara malikdir:
– Təbii yod-brom vannalı su müalicəxanası
– “Qalaaltı” mineral su qalereyası
– Palçıqla müalicə
– Naftalan və parafinlə müalicə
– Elektroişıq müalicəsi
– Masaj
– Mədə-bağırsaq yuyulması
– Sauna

Müalicə nəticələri növbəti diaqnostik aparaturadan istifadə edən təcrübəli diaxəssislər tərəfindən müşahidə olunur:
– Kliniki və biokimya laboratoriyaları
– USM
– Elektrokardioqrafiya

Zərurət yarandıqda, siz növbəti mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz:
– Qastroenteroloq
– Nevropatoloq
– Ginekoloq
– Stomatoloq

Tibbi göstərişlər
– Böyrək və sidik yolları xəstəlikləri
– Xroniki pielonefrit
– Xroniki sistit
– Xroniki prostatit
– Sidik daşı xəstəliyi

Tibbi əks-göstərişlər
– Kəskin formada olan bütün xəstəliklər
– Onkoloji xəstəliklər
– Miokardın kəskin infarktı
– İnfeksion xəstəliklər
– Hipertoniya xəstəliyi, III mərhələ
– Ürək çatışmazlığı, II-III mərhələlər
– Hamiləlik, bütün dövrlərdə

Öz Turunuzu Yaradın

tur yarat

Haradan

Hara

Otel