Misir turu

😍 Planda Misirə səyahət var? O zaman yaxın əyləş, sizə orada rahat istirahət etməniz üçün bəzi məsləhətlərimiz olacaq 👇

👉 Məsləhət 1. Oteldən kənar bəzi ərazilərdə bir çox müsəlman ölkəsində olduğu kimi açıq çiyin və ya qısa ətəklə gəzmək məsləhət görülmür. Bunun üçün oteldən çıxarkən gedəcəyin ərazi haqqında otel işçiləridən məsləhət ala bilərsən
👉 Məsləhət 2. Hər ölkədə olduğu kimi oteldə dəyərli əşyalarını seyfdə saxla
👉 Məsləhət 3. Yəqin ki, evdə krandan su içmirsən… Burada da krandan su içməyin məsləhətli deyil
👉 Məsləhət 4. Çimərliyə getməyi planlayanların nəzərinə! Misirdə bir çox çimərliklərdə dənizə giriş mərcanlıdır… Mərcanların görüntüsü heyrətamizdir 🫠 sadəcə biraz diskomfortludur. Bunun üçün xüsusi dəniz tərliyi və ya botu götürməyiniz məsləhətlidir
👉 Məsləhət 5. Nil çayının gözəlliyi hamıya bəllidir 😍 Əgər Nil çayına baş çəksəniz orada üzməyiniz məsləhət görülmür, amma gözəlliyinə heyran olacağınıza əminik 😌
👉 Məsləhət 6. Fantastik səhra gəzintisi hamımızın xəyalıdır 😋Planınızda səhra gəzintisi varsa özünüzlə uzunboğaz çəkmə götürmənizi məsləhət görürük. Səhrada gəzərkən bu rahatlıq yaradacaqdır

Öz Turunuzu Yaradın

tur yarat

Haradan

Hara

Otel