İstanbul

İstanbulun bənzərsiz gözəlliklərini görmək və unudulmaz təcrübələr yaşamaq üçün sizə qısa bir tövsiyə:

🚡 İstiqlal küçəsi ilə gəzintiyə çıxın – bura şəhərin ən gur hissəsidir. Burada müasir İncəsənət qalereyaları, şirniyyat mağazaları, moda butikləri və kitab mağazaları var.
☕ Pierre Loti kafesində əsl türk qəhvəsi için – kafe hündür təpədə yerləşir və terrasından möhtəşəm mənzərələr açılır.
🛥️ Boğazda kruizə çıxın. 2 saatlıq ekskursiyada siz bütün tarixi görməli yerləri görəcək və demək olar ki, bütün Bosfor boğazını keçəcəksiniz.
🐈 İstanbul pişikləri ilə dost olun, çünki statistikaya görə, onların sayı 125 mindən çoxdur. Onlar İstanbulun əsl sahibləridir və yerli əhali onları sevir və qayğısına qalır.
🕌 Fatih bölgəsini gəzərək tarixə baxın. Axı burada şəhərin ən mühüm məscidləri və məbədləri cəmləşib: Göy məscid, Ayasofya məscidi, Topqapı sarayı, Süleymaniyyə məscidi.
🌮 Tramvayla Qalata körpüsünə doğru gedin və burada “ekmək-balıq” yeməyi ilə ləzzətli nahar edin.

Bəzən yaşamaq, bəzən sadəcə seyr etmək… İstanbuldan həzz almağın min bir fərqli yolu var..❤️

Öz Turunuzu Yaradın

tur yarat

Haradan

Hara

Otel