“Günəşli” nevroloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində istirahətdən zövq almaq və əsəb sisteminizi sakitləşdirmək imkanı təqdim edir.
İqlimi mülayim qurudur, yayda havası isti-quru, qışda mülayim olur, bu da sinir sistemi xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edir. İstirahətçilərin ilin 5-6 ayı ərzində Xəzər dənizində çimmək imkanı olur. “Günəşli” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur.
Sanatoriyanı tərk edərkən, ziyarətçilər adətən növbəti kəlmələri söyləyərlər: “Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu: müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm”.
Həqiqətən, nəyin daha çox təsir etdiyini müəyyən etmək namümkündür: güman ki, bu, bir tək Abşeron yarımadasının günəşli sahilində tapılan müalicəvi amillərin toplusudur.
Tibbi göstərişlər
– Mərkəzi sinir sistemində iltihabi proseslərdən sonra əmələ gələn qalıq əlamətlər (meningit, serebral araxnoidit, ensefalit, mielit, ensefalomielit)
– Mərkəzi sinir sisteminin damar xəstəliklərinin qalıq əlamətləri (insult, serebral arteroskleroz, hipertenziv ensefalopatiya)
– Baş beyin və onurğa beyin zədələrindən sonra əmələ gələn qalıq əlamətlər
– Periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit və nevropatiyalar)
– Sinir sisteminin funksional xəstəlikləri
– Vegetativ sinir sisteminin xəstəlikləri
Tibbi əks-göstərişlər
– Kəskin formada olan bütün xəstəliklər
– Epilepsiya
– Psixiki pozuntular
– Onkoloji xəstəliklər
– Hipertoniya xəstəliyi, III mərhələ
– Çanaq boşluğu orqanlarının zədələnməsindən sonra əmələ gələn funksional pozuntular (sidik və nəcisin saxlanılmaması)
Sanatoriya növbəti imkanlara malikdir:
– Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
– Təbii yod-brom vannaları daxil olmaqla, balneoloji müalicəxana
– Elektroişıq müalicəsi
– Mastika yaxmaları
– Palçıqla müalicə
– Masaj
– Müalicəvi bədən tərbiyəsi
– Psixoterapiya
– Aromaterapiya
– Sualtı duş-masaj
– Sualtı dartılma (hidrotraksiya) üçün müalicəvi hovuz
– İqlim terapiyası
Müalicə nəticələri növbəti diaqnostik aparaturadan istifadə edən təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur:
– Elektrokardioqrafiya
– USM
– Mioqrafiya
– Ensefaloqrafiya
– Kliniki və biokimya laboratoriyaları
Zərurət yarandıqda, siz növbəti mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz:
– Qastroenteroloq
– Uroloq
– Ginekoloq