Dadlı səyahət

Səyahət həm də qastronomik həzzlər və kəşflərdir! 😋

🍽️ Müxtəlif xalqların milli mətbəxləri bir növ səyahət daxilində səyahətdir. Sizə ən dadlılarını topladıq

“Save” və “like” etməyi unutmayın ❤️

🇪🇬 Misir
🍛Koshari
Düyü, makaron, mərcimək və ədviyyatların pomidor-sirkə sousunda qarışığından hazırlanmış Misir yeməyi
🧀 Misir Pendiri
Misirdə iki növ pendir dadın: Gibna Rumi (şəkildə) və Gibna Domiati
🍆 Baba Qanouş
Bunun üçün badımcanlar əvvəlcə bişirilir, sonra əzilir, tahin pastası, limon suyu, ətirli ədviyyatlarla qarışdırılır

🇹🇷 Türkiyə
🥘Menemen
Səhər yeməyi üçün bişmiş tərəvəzlərlə qarışdırılmış omlet. İsti lavaşla çox dadlıdır
🥟Mantı
Quzu və ya mal əti ilə bişirilir, qaynadılır və ya da qızardılır. Təbii türk qatığı əsasında ədviyyatlı sousla verilir
🧆Çiğ köfte
Adi ət köftəsinə çox bənzəyən, lakin bulqur, tomat pastası və ədviyyatlarla hazırlanan köftənin vegetarian versiyası

🇨🇺 Kuba
🍲 Ropa vieja
Ədviyyatlı pomidor sousunda mal əti
🥙 Vaka frita
Qızardılmış mal əti. Kubada dadmaq lazım olan qeyri-standart bir yemək
🍛 Konqri
Lobya və düyüdən ibarət ənənəvi Kuba yeməyidir. Konqrinin ikinci adı Moros y Cristianos-dur, mənası “mavrlar və xristianlar” deməkdir

🇦🇪 BƏƏ
🥯Manakış və ya manaiş
Pide və ya mayasız çörəkdə əridilmiş pendir adətən əsas yemək ilə əlavə verilir
🍣 Əl Madruba
BƏƏ-nin ən məşhur balıq yeməyi. Əl-Mədruba iki yolla bişirilən balıqdır: qaynadılır və duzlanır.
🍧 Umm ali (omm ali)
Qızılgül ləçəkləri şərbətində isladılmış çörək pudinqi. Qurudulmuş meyvələr və qoz-fındıq tez-tez desertə əlavə olunur

🇩🇴Dominikan
🥘 La Bandera
Ağ düyü, pörtlədilmiş lobya və ətdən ibarətdir. Milli mətbəx restoranlarında La Bandera bir dilim avokado, pomidor dilimləri, təzə salat ilə verilir
🍜 Sancocho
Əsas məqamı ətirli ədviyyatlar, bibər, təzə sarımsaqdır
🍳 Mangu
Qızardılmış salam, yumurta və pendir ilə manqudan ibarətdir. Manqu püresi qaynadılmış yaşıl bananlardan hazırlanır

🇲🇽 Meksika
🌯 Burrito
Ləzzətli doyurucu müxtəlif içlikli tortilla ruleti
🥘 Pozole
Qarğıdalı və ətdən hazırlanmış qatı şorba ilə ənənəvi Meksika yeməyi
🍰Tres Leches
Şirniyyatlardan siz mütləq məşhur “Üç Süd” tortunu dadmalısınız

Öz Turunuzu Yaradın

tur yarat

Haradan

Hara

Otel