Antalya turu

🌊 Antalya müasir otellər, möhtəşəm çimərliklər və maraqlı dəniz səyahətləri, barlar və diskotekaların gecə həyatıdır.
Antalyanın yaşı 2 min ildən çoxdur. Ellinləri, Romalıları, Bizanslıları, Makedoniyalı İskəndəri, Səlcuqluları və Osmanlıları görmüşdür. Burada sizi təəccübləndirəcək çox şey var🔥

Sizə Antalyanın ən qeyri-adi yerlərini topladıq👇🏻

❕️Save və like etməyi unutmayın❕️

📍Toros dağlarında Tazı Kanyonu

Tazı Kanyonu – dağlarda nəhəng dərəyə bənzəyir. Kanyon çətin keçilən dağ və sıldırım qayalardan ibarət olduğundan bu günə qədər öz təbii gözəlliyini qoruyub saxlamışdır. Bura ziyarət çox vaxt raftinglə birləşdirilir.

📍Salda gölü və ya Türk Maldiv adaları

Salda gölü dəniz səviyyəsindən 1140 metr yüksəklikdə yerləşir. O, vulkan püskürməsi nəticəsində yaranıb, onun tam mərkəzində krater yerləşir. Pamukkale səfəri zamanı bu yerə ekskursiyaya gələ bilərsiniz.

📍Göynük Kanyonu

İstidə üzmək üçün mükəmməl yer. Eyni adlı kənddən və ya Kəmərdən bura gələ bilərsiniz.

📍Lavanta Bahçesi

Isparta şəhəri yaxınlığındakı Lavanda tarlaları. Səfərinizi iyun-iyul ayları üçün planlaşdırın. Otel bələdçiləri belə bir ekskursiya təklif etmirlər, lakin onu şəhərin agentliklərindən tapa bilərsiz.

📍Gelidonya Feneri

Buraya gəzinti asan olmayacaq, lakin mənzərələr valehedicidir. Üzgüçülük üçün çoxlu körfəzlər də var.

📍Kəmərdə yamac paraşütü

Heç bir xüsusi təlim tələb olunmur, təlimatçı ilə tandem uçuşu 25 dəqiqə çəkir

📍Tahtalı Dağı

Kanat yolu sizi 2365 metr hündürlüyə qaldıracaq. Noyabrdan iyun ayına qədər zirvə qarla örtüldüyü üçün isti geyinin.

Öz Turunuzu Yaradın

tur yarat

Haradan

Hara

Otel