Sağlamlıq turizmi
Sağlamlıq turizmi – turizm sahəsində yeni bir trend və istiqamətidir.
Bizim şirkət Azərbaycan Respublikasının ərazisində yerləşən və müasir standartlara uyğun olan yüksək səviyyəli müalicə mərkəzlərinə tibbi turlar təklif edir.
Maraqlı səyahətlər və istirahət, sağlamlığınızı möhkəmləndirə bilən faydalı müalicə üçün – günəşli və zəngin təbiətə malik olan Azərbaycanı seçin.
Siz burada gözəl təbiət ilə yanaşı, yerli koloritli heyrətamiz sayda qədim abidələri görmək, asudə vaxtın xoş keçməsindən və eyni zamanda orqanizmin faydalı sağlamlaşdırılmasından zövq ala bilərsiniz. Müalicəvi təbii sərvətlər vasitəsilə kurort və sanatoriya istirahət və müalicə Sizə dincəlmək və sağlamlığınızı bərpa etmək imkanı verəcək.
Azərbaycan müalicə bazaları, balneoloji iqlim və müalicəvi palçıq tarapiya üçün müxtəlif mehmanxana və sanatoriyaları təklif edir. Azərbaycanı seçib, siz maraqlı və səmərəli vaxt keçirəcəksiniz, həm yaxşı dincələ bilərsiniz, həm də səhhətinizi nizamlayacaqsınız . Yaxşı istirahət – sağlamlığın mühüm amildir.
Azərbaycanda Səhiyyə Turizmin inkişaf faktları
Bu gün sağlamlıq turizmi hər yerdə inkişaf edir və müasir turizm sənayesinin qlobal tendensiyasına çevrilir. Öz nadir tarixi və mədəni yerləri ilə məşhur olan Azərbaycan getdikcə bu proseslərdən geri qalmır. Ölkəmizin nəinki mülayim iqlimi, eyni zaman da onun, ovsunlayan mənzərələri – meşələri, dağları , çayları və şəlalələrı var. Bura, həm də kurort cənnəti və tükənməz mineral su ehtiyatları, müalicəvi palçıqları, naftalan, duz mağaraları şəbəkəsi ilə zəngin diyardır. Sağlamlıq turizmi eyni zamanda insanlara səhhətlərində olan bir çox problemlərdən qurtulmaq və orqanizmlərini
möhkəmləndirməyə xidmət edir. Artıq dünyada məşhur olan İstisu, Qalaaltı, Naftalan, Duzdağ müalicəvi kurortlarını xatırlamaq kifayətdir. 2009-2018-ciillərdə Azərbaycanda kurortların inkişafı üzrə
Dövlət proqramının qəbul edilməsi, 2011-ci ilin Turizm İli elan edilməsi, 2002-2005 və 2010-14-cü illərdə turizm ininkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı, o cümlədən tibbi-sağlamlıq turizmi üçün əlverişli şərait yaratmışdır. Sağlamlıq turizminin inkişafı məqsədilə Azərbaycanda Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi yaradılmış, müasir tibbi-sağlamlıq mərkəzləri, dağ kurortları, müalicə-profilaktika və sağlamlıq mərkəzləri Bakıda, Naxçıvanda və digər bölgələrdə açılmışdır. Şübhəsiz, bu istiqamətin çox böyük potensialı mövcuddur və gələcəkdə daha da inkişaf etdiriləcəkdir. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi maraqlı
qurumlarla birgə müalicəvi turizm obyektlərinin dirçəldilməsi istiqamətində və dünya səviyyəli yeni kurort zonalarının yaradılması üzrə daimi işlər aparıır.
— Turlar