Fındıq festivalı Azərbaycanın şimal-qərb regionu və fındığın vətəni olan Zaqatalada keçiriləcək. Festivalda iştirak edənlər ləzzəti ilə seçilən müxtəlif fındıq növlərini dadmaq imknına malik olacaqlar. Azərbaycanda fındıqdan şəkərbura, paxlava, halva, mürəbbə kimi müxtəlif şirniyyatların hazırlanmasında istifadə edilir. Eyni zamanda yerli insanlar fındıq qabığını soyuq qış günlərində odun əvəzi yandırmaq üçün istifadə edirlər.